Təbiət Dostları ətraf mühitin mühafizəsi və eko turizmin inkişafı üçün fəaliyyətdədir.
Bu gün Beynəlxalq 𝗔𝗹𝗽𝗶𝗻𝗶𝘇𝗺 günü də adlanır, 1786-cı ildə ilk dəfə olaraq həkim Mişel-Qabriel Pakkard və dağ bələdçisi Jak Balmanın Mont Blanc zirvəsinə (Alp dağlarında ən hüdür zirvə - 4805 m) uğurla dırmanması şərəfinə qeyd olunur.
Şükürlər olsun ki, bir dağ və təbiət sevdalısı olaraq Azərbaycanın ən hündür zirvələrində olmaq mənə də qismət olub. Dağlarda həm yeni və dəyərli dostlar, yoldaşlar qazanmışıq, həm də əziz dostlarımızı itirmişik. Necə ki həyat enişli-yoxuşludur, dağ da onun simvoludur.
Zirvə üçün çəkilən əziyyət zirvədə unudulur. Amma unutmayaq: zirvə bir nöqtədir. Əsas olan – ora aparan yoldur. O yolun hər addımı, hər dayanacağı da zirvənin özü qədər qiymətli və əhəmiyyətlidir.
Sevindirici haldır ki, son illərdə bu sahəyə maraq artmaqdadır. Artıq Azərbaycan dağçılarının səsləri dünyanın ən uca zirvələrindən gəlir:
🧗♂️ Everest (8,848 m)
🧗♂️ Lenin zirvəsi (7,134 m, Pamir)
🧗♂️ Khan Tengri (7,010 m, Tyan-Şan)
🧗♂️ Elbrus (5,642 m, Qafqaz)
və daha neçə-neçə uca nöqtədən...
Bəs siz hansı zirvəyə dırmaşmısınız və ya dırmaşmaq istərdiniz?
Bu zirvə mütləq dağ olmaq məcburiyyətində deyil, bəlkə də bu sizin bir məqsədiniz, bir arzunuzdur.
instagram