MENU

x

Təbiət Dostları ətraf mühitin mühafizəsi və eko turizmin inkişafı üçün fəaliyyətdədir.

Təbiət Dostları

gənclərin ekoloji maariflənməsinə kömək ictimai birliyi

TARİXÇƏ: 2008-ci ilin sentyabr ayında bir qrup gənc tərəfindən yaradılıb. İlkin fəaliyyətlərini Yaşıl Velosipedçilər Klubu olaraq həyata keçirən yaşıllar inkişafının növbəti mərhələsini “Təbiət Dostları” adı altında davam etməyi qərara aldı. Belə ki, üzvlərin səs çoxluğu ilə təşkilatın adı “Təbiət Dostları” adlandırıldı. Eyni zamanda digər ekoloji fəaliyyətlər müxtəlif Klublar adı altında fəaliyyətlərini davam etdilər. Birlik 2013-cü ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq qeydiyyata alındı.

MİSSİYA:  Ölkədə ekoloji maariflənmə sahəsində fəaliyyətləri gücləndirmək və ictimayətin fəal iştirakı ilə qlobal ekoloji problemləri lokal olaraq həllinə çalışmaqdır.

QARŞIYA QOYULAN VƏZİFƏLƏR:

•Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən özəlliklə dövlət, qeyri-dövlət, media və biznes strukturlarının nümayəndələri, həmçinin tələbələrin fəal iştirakı ilə insanları ətraf mühitə qarşı məsuliyyətli yanaşmağa çağırmaq.
•Azərbaycanda ekoloji nəqliyyat vasitələri (velosiped, tramvay və s.) üçün yolların salınması, zavodların inşasına və inkişafına nail olmaq.
•Azərbaycanda alternativ enerji mənbələrinin (günəş, külək və s.) inkişaf etdirilməsinə, hətta lazım olan avadanlıqların ölkədə hazırlanmasına və geniş tədbiqinə nail olmaq.

FƏALİYYƏT İSTİQAMƏTLƏRİ:

•maarifləndirici seminarlar, dəyirmi masalar, konfranslar və s. təşkili
•ekoloji tədiqat layihələlərin təşkili
•velosipedin nəqliyyat vasitəsi kimi təbliğinin təşkili
•ekoloji məlumatların araşdırılması və yayılmasının təşkili
•ekoloji qiymətləndirmə və monitorinqlərin aparılması
•ekoturistik tədbirlərin təşkili
•ekofototurların təşkili