MENU

x

Təbiət Dostları ətraf mühitin mühafizəsi və eko turizmin inkişafı üçün fəaliyyətdədir.

Təbiət Dostları - Üzvlük qeydiyyat forması

Ətraflı məlumat üçün suallarınızı info@naturefriendsazerbaijan.org ünvanına göndərə bilərsiniz

Dəyərli dost!

Qeydiyyat formunu doldurmamışdan öncə, təşkilatın məqsəd, vəzifələri o cümlədən üzvlərin hüquq və vəzifələri ilə tanış ola və razı olduqdan sonra aşağıda qeyd edilən RAZIYAM düyməsini tıklayaraq qeydiyyat formuna keçid edə bilərsiniz.

1. Təbiət Dostları kimdir?

Azərbaycanda 2008-ci ildən "Yaşıl Velosipedçilər Klubu", “Ekotur Azərbaycan” kimi tanınan Təbiət Dostları 2013-cü ildə rəsmi qeydiyyatdan keçərək Gənclər Təşkilatı kimi fəaliyyətini davam edir. Təşkilat Qafqazda xüsusi ilə də Azərbaycanda ətraf mühitin mühafizəsini təşviqi, sağlam həyat tərzinin təbliği, açıq havada təlim və tədrisin inkişafı məqsədi ilə yerli və beynəlxalq layihələr icra edir.

2. Təbiət Dostlarının hüquqları:

2.1 Azərbaycanda icra olunan yerli və beynəlxalq layihələrə müraciət etmək və iştirak hüququ;
2.2. Təbiət Dostları tərəfindən təşkil edilən ödənişli hiking, camping və digər açıq hava tədbirlərində endirimli iştirak etmək hüququ;
2.3. Təbiət Dostlarının missiyasına dəstək olacaq şəxsi təşəbbüsləri təşkilat adından reallaşdırmaq hüququ;
2.4. On iki aydan çox fəal olan üzvlərin, Təbiət Dostları təşkilatının İdarə Heyətinə seçilmək və yeni İdarə Heyətini seçmək hüququ;
2.5. Təbiət Dostlarının İdarə Heyətinin rüblük toplantılarında müşahidəçi qismində iştirak etmək hüququ;
2.6. Təbiət Dostları üzvləri (üzvlük kartını təqdim etməklə) istər Amerika Birləşmiş Ştatlarında (Kaliforniyada) istərsə də Avropanın əksər şəhərlərində yerləşən minlərlə Təbiət Dostları Evlərində endirimli gecələmək imkanı;
2.7. Dünyanın digər ölkələrində olan Təbiət Dostları təşkilatlarının keçirdiyi tədbirlərdə iştirakçı, təlimçi və təşkilatçı qismində qatılmaq hüququ;

3. Təbiət Dostlarının vəzifələri:

3.1. Təşkilatın məqsəd və vəzifələrinə məsuliyyətlə yanaşmaq - Təbiət Dostu olmaq;
3.2. Birliyin tədbirlərində online və ya fiziki olaraq fəal olmaq

4. Təbiət Dostlarının üzvlüyünə xitam verilə biləcək hallar:

4.1. Könüllü olaraq təşkilatın üzvlüyündən çıxdıqda;
4.2. Üzvlük haqqının müddəti bitdikdə;
4.3. Təşkilatın xarici və daxili siyasətinə zidd davranış edildiyi halda;

5. Təbiət Dostlarının üzvlük proseduru və növləri

5.1. Prosedur: Yaşı 16 və yuxarı olan şəxslər Təbiət Dostları təşkilatına üzvlük üçün müraciət edə bilər. Müraciətçi qeydiyyat formunu doldurduqdan və üzvlük haqqını ödədikdən sonra Üzvlərlə iş Komitəsinin qərarı ilə müraciətçi növbəti ayın 1-dən etibarən rəsmi üzv olaraq qeydiyata alınır. Üzvlük 12 ay müddətində qüvvədə qalır.
5.2. Üzvlük növləri:
• Fərdi üzv individual olaraq üzv olur və yerli və beynəlxalq tədbirlərdə iştirakçı qismində qatılmaq hüququ vardır.
• Ailəvi üzv ailəvi üzv olmaq istəyənlər üçündür. Təbiət Dostlarını yerli və beynəlxalq tədbirlərdə iştirakçı qismində qatılmaq hüququ əldə edir. Eyni zamanda təşkilat tərəfindən keçirilən ailəvi tədbirlərdə uşaqlar üçün endirimli və ya ödənişsiz iştirak etmək haqqı vardır.
• Partnyor üzv Təbiət Dostlarını istər təmsil edə istərsə də Təbiət Dostları adından hər hansı bir layihəni, təşəbbüsü həyata keçirə bilər, yerli və beynəlxalq tədbirlərdə iştirakçı və təşkilatçı qismində qatılmaq hüququ vardır.
• Sponsor üzv** Təbiət Dostlarının məqsəd və fəaliyyətlərinə (fiziki və ya hüquqi şəxs olaraq) dəstək olanlar siyahısında yer alırlar. Həmçinin partnyor üzvün əldə etdiyi hüquqlara əldə etmiş olurlar.

5.3. Üzvlük haqları üçün seçimlər:
Fərdi üzvlük: 40₼ (Tələbə* 30₼).
Ailəvi üzvlük: 70₼.
Partnyor üzv: 90₼.
Sponsor üzv: 500₼ +

* Tələbə bileti təşkilata təqdim edilməlidir.

** QEYD: Sponsor-Üzv olaraq Təbiət Doslarına dəstək olmaq istəyənlər bu linkdən qeydiyyat formuna keçid edə bilərlər.


Üzvlük haqqını 5411 2498 1243 7882 kart nömrəsinə transfer etməyinizi xahiş edirik.