Təbiət Dostları ətraf mühitin mühafizəsi və eko turizmin inkişafı üçün fəaliyyətdədir.
Gənclər Fondunun dəstəyi və "Təbiət Dostları" GİB- nin təşkilatçılığı ilə “Tullantıların İdarə edilməsi və Ekoloji Maarifləndirmə” layihəsi təşkil edildi.
Layihənin əsas ideyası tullantıların idarə edilməsi prosesinin əhəmiyyətinin gənclərə izah edilməsi və tullantıların iqlim dəyişikliklərinə təsiri mövzusunda məlumatlılığın artırılmasıdır. Layihə bir necə mərhələdə keçirilidi.
25 Dekabr - 25 Mart 2023 tarixlərini əhatə edən layihə ilkin olaraq Lerik rayonunda təlim-təcrübə düşərgə formatında başladı, daha sonra “Tullantıların İdarə Edilməsi” mövzusunda müzakirələr (“Green Drinks” görüşlər) və ekskursiyalar (Təmiz Şəhər ASC) təşkil edilərək davam etdi.
Layihə müddətində keçirilən düşərgə, görüşlər və ekskursiyalar zamanı dəvət edilən mütəxəssislərimiz Minayə Əkbərli və Orxan Cabbarlı tərəfindən aşağıdakı mövzular müzakirə edildi:
• Tullantıların ətraf mühitə təsiri;
• Tullantıların yenidən emal texnologiyası;
• Tullantıların çeşidlənməsi;
• Tullantıların kompaslanması;