MENU

x

Təbiət Dostları ətraf mühitin mühafizəsi və eko turizmin inkişafı üçün fəaliyyətdədir.

'Ətraf Mühit' Layihəsi | İyul 2022

Gənclər və İdman Nazirliyinin dəstəyi və "Təbiət Dostları" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Post Pandemiya və Ətraf Mühit adlı layihə həyata keçirildi.

Layihənin əsas ideyası bölgələrdən turizm sahəsində maraqlı olan gəncləri seçərək onlar üçün davamlı turizmin digər turizm sahələrindən fərqini, inkişaf yollarını, təbii resurslardan istifadə və ətraf mühitin mühafizəsində eko-vərdişlərin formalaşması mövzusunda interaktiv təcrübə proqramı keçirməkdir. Məqsəd ənənəvi turizm fəaliyyətlərinə davamlılıq anlayışını gətirmək, onun iqtisadi səmərəliliyini və ekoloji məsuliyyətini gənclərə çatdırmaqdır.

Layihə ümumilikdə iki hissədən ibarət idi.
- İlkin olaraq Qax rayonun Sarıbaş kəndində ətraf mühit və davamlı turizm mövzusunda düşərgə-təcrübə proqramı təşkil edildi. Düşərgə müddətində dəyərli Azerchin Muradov və Nigar Sadıqlı tərəfindən təbiət yürüşlərinin təşkili, təbii resurslardan istifadə, ətraf mühitin mühafizəsində eko-vərdişlərin formalaşması, davamlı turizm və ekoturizm mövzusunda həm praktiki, həm də nəzəri təlimlər keçirildi.

- Layihənin ikinci mərhələsi olaraq layihədən daha çox kütlənin məlumatlı olması məqsədi ilə Bakı şəhərində layihə iştirakçıları və digər gənclər ilə birlikdə velosiped yürüşü təşkil edildi.

'Ətraf Mühit' Layihəsi | İyul 2022
Preview