MENU

x

Təbiət Dostları ətraf mühitin mühafizəsi və eko turizmin inkişafı üçün fəaliyyətdədir.

EKO Kənd layihəsi | 01.12.23 - 01.03.24

Gənclər Fondunun dəstəyi və “Təbiət Dostları” GİB-nin təşkilatçılığı ilə “EKO Kənd” layihəsi təşkil edildi.

Layihənin əsas ideyası eko kənd anlayışının, idarə edilməsinin və ətraf mühitə təsiri əhəmiyyətinin gənclərə izah edilməsi və alternativ enerji mövzusunda məlumatlılığın artırılmasıdır.

Layihə iki mərhələdə təşkil edildi. 1 Dekabr 2023 - 1 Mart 2024 tarixlərini əhatə edən layihə ilkin olaraq 27-29 Yanvar 2024 Qusar rayonunda təlim-təcrübə düşərgəsi keçirildi. Layihədən daha geniş kütlənin məlumatlı olması üçün 17 Fevral 2024 tarixində “EKO Kənd” adlı Fotosərgi təşkil edildi.

Layihə müddətində keçirilən düşərgə zamanı dəvət edilən mütəxəssislərimiz Sevinc Saruxanova, Emin Məmmədov və təlimçilərimiz, eyni zamanda idarə heyəti üzvlərimiz Təmraz Həmidov və Nigar Sadıqlı tərəfindən aşağıdakı mövzularda müzakirələr aparıldı:
* EKO Kənd və Eko turizm anlayışı;
* EKO Kəndlərin salınması və idarə edilməsi;
* Alternativ enerji mənbələri və təsirləri;
* Tullantıların ətraf mühitə təsiri və çeşidlənməsi;

EKO Kənd layihəsi | 01.12.23 - 01.03.24
Preview